Türkiyəli məşhur sosial media fenomeni Dilan Polat və ailəsi istirahət etdikləri oteldə silahlı hücuma məruz qalıb. Polat, həyat yoldaşı Engin Polatın həm əmisi oğlu, həm də şəxsi mühafizəçisi olan Can Polatın güllələndiyini göz yaşları içində sosial şəbəkədə elan edib.
Bakupost.az istinadən xəbər verir ki, hadisə ailənin Alaçatıda tətildə olduğu zaman baş verib.
Silahlı hücum zamanı otel otağında çarəsiz vəziyyətdə qalan Dilan Polat dərhal sosial şəbəkədə canlı yayım açaraq kömək istəyib. Göz yaşlarını saxlaya bilməyən fenomen fəryad edərək hüquq-mühafizə orqanlarına və təcili tibbi yardıma çağırış edib:
“Yalvarıram, bura polis və təcili yardım göndərin... Can Polatı vurdular. Allahım, həyatımız artıq zindana döndü. Nə olar kömək edin, hamımız otaqda qapalı qalmışıq".
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ağır yaralanan Can Polatı xəstəxanaya çatdırıb. Faktla bağlı araşdırma başladılıb.(Sfera.az)