Oktyabrın 28-i Yer kürəsində maqnit qasırğaları olacaq.
Bakupost.az xəbər verir ki, alimlər maqnit qasırğasının gücünü ölçən K-indeksinin oktyabrın 28-də 5-ə yüksələcəyini proqnozlaşdırırlar.
Oktyabrın 29-da da maqnit qasırğası gözlənilir.
Maqnit qasırğalarına görə bir çox insanın sağlamlığı kəskin şəkildə pisləşə bilər.
Qeyd etmək lazımdır ki, günəş partlayışlarının yaratdığı bütün qasırğalar intensivliyinə görə təsnif edilir və K-indeks 2-dən K-indeks 9-a qədər dəyişir. K-indeks nə qədər yüksəkdirsə, qasırğa və onun nəticələri bir o qədər şiddətli olur. K-indeks 5-dən yuxarı olan bütün qasırğalar qırmızı səviyyəli qasırğalar hesab olunur. Onlar peykləri, GPRS-i, mobil telefonları və radio rabitəsini poza bilər.
Bu günlərdə insanlar ən çox özlərini pis hiss etmələrindən, baş ağrılarından, diqqəti cəmləməkdə çətinlik çəkmələrindən və yuxunun pisliyindən şikayətlənirlər.
Xroniki xəstəlikləri və zəifləmiş immunitet sistemi olan insanlar risk altındadır.