Ru
15:59 / 19 Dekabr 2016

– Manatımız daha 7 manat ucuzlaşıb Dollar "qara bazar"da 1.90 qalxdı

 – Manatımız daha 7 manat ucuzlaşıb Dollar "qara bazar"da 1.90 qalxdı
Eye

Paytaxt Bakıda dollar qıtlığı yaranıb. 



Bunu BakıPost.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. 



O bildirib ki, Azərbaycan Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırmasının valyuta bazarımıza təsir etməyəcəyini bildirsə də, okeanın o biri üzündə qəbul edilən qərar yenidən Bakıda dollar qıtlığı yaradıb:

 

"Nəticədə, FES-ın qərarından öncə "qara bazar”da 1 dollar 1.83 manata satılırdısa, artıq 1 ABŞ pulu üçün 1 manat 90 qəpik ödəmək lazımdır. Yəni Federal Ehtiyatlar Sisteminin qərarından sonra "qara bazar”da milli valyutamız hər 100 dollarda 7 manat ucuzlaşıb.



Bankların böyük əksəriyyəti valyuta satışını dayandırdığı üçün aydındır ki, onların elan etdiyi kurs real məzənnə deyil və müqayisə predmeti ola bilməz”. 

Vüqar Bayramov qeyd edib ki, "Qara bazar”ın ləğvi banklarda dollar satışının tam və fasiləsiz bərpası nəticəsində baş verməlidir:

 

"Yəni Federal Ehtiyatlar Sisteminin qərarından sonra, xüsusən də son günlər valyuta bazarında dolların manata nisbətən bahalaşması fonunda Mərkəzi Bank banklarda dolların satışının bərpasına nail olmalıdır. Əks halda, dollar qıtlığı manata psixoloji təzyiqi daha da gücləndirəcək”.

 

 

Sevinc Yasinqızı 

BakıPost

 – Manatımız daha 7 manat ucuzlaşıb Dollar "qara bazar"da 1.90 qalxdı
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar