Almaniya kansleri Fridrix Merz, Finlandiya prezidenti Aleksandr Stubb, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Giorgia Meloni ABŞ lideri Donald Trampla görüşmək üçün Ağ Evə gəliblər.
Bakupost.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte isə daha öncə Ağ Evə gəliblər.
Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ və Ukrayna prezidentləri arasında görüş olacaq.
Tramp əvvəlcə Zelenski ilə təkbaşına görüşəcək, daha sonra onlara Aİ ölkələrinin liderləri də müzakirələrə qoşulacaq.