Ru
12:11 / 11 Fevral 2026

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifəsindən azad edildi

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri vəzifəsindən azad edildi
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar olub.


Bakupost.az xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Agentliyin Təhlil və strateji planlaşdırma departamentinin Strateji planlaşdırma şöbəsinə Günel Həsənzadə müdir təyin edilib.

Həmçinin, İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinə Gülnarə Cəfərli, Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin Sənədlərlə iş şöbəsinə Orxan Şıxəliyev və İnzibati departamentin Satınalma şöbəsinə Camal Nəhmətov müdir təyin olunublar.

Eyni zamanda, Beynəlxalq əlaqələr və layihələr departamentinin Tədbirlərin təşkili şöbəsinin müdiri Röyal Lətifli işdən çıxarılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar