Dünyanın ən məşhur tarixi binaları il boyu milyonlarla turisti qəbul edir. Hər kəs bu mühüm strukturlar haqqında məlumatlı olsa da, az adamın bildiyi bəzi məqamlar da var.
Bakupost.az 12 məşhur tikili ilə bağlı maraqlı faktları təqdim edir.
1. KOLİZEY- Romanın ən önəmli tikililərindən biridir. Amfiteatr və Olimpia oyunları üçün istifadə olunub. Onun içərisində 30 tələ qapısı var.
2. STOUNHENC- İngiltərənin aparıcı sənət abidələrindən biridir. Tədqiqatçılar hələ də Stounhencin sirrini açmağa çalışır. Yeni əsr fəlsəfəsi ilə maraqlananlar bu Meqalit dövrü əsəri ilə də maraqlanır. Onlar hətta Stounhenc Azadlıq Festivalı adlandırdıqları festival təşkil etməyə çalışıb. Lakin polis bundan imtina edib və 500-dən çox insan yaralanıb.
3. BİQ BEN- İngiltərənin əsas tikililərindən biri olan Biq Ben-in əsl adı "The Clock Tower" (Saat Qülləsi) olub. Kraliça II Elizabetin şərəfinə 2012-ci ildə “Elizabet qalası” adlandırılıb. Lakin hələ də xalq arasında “Biq Ben” kimi tanınır.
4. PİZZA QÜLLƏSİ- Əsrlər boyu əyriliyi ilə məşhur olan “Pizza Tower” bütün fəlakətlərə baxmayaraq toxunulmaz qalmağı bacarıb. 1992-ci ildə mütəxəssislər Pizza Tower-in dağılmaması üçün tədbirlər görüb. Qüllənin əyilməsi bir qədər düzəldilib və müqaviməti artırılıb.
5. BUKİNQEM SARAYI - Kraliça Viktoriya 1937-ci ildə Bukinqem sarayını kral ailəsinin rəsmi iqamətgahına çevirib. Bundan sonra bütün kral və kraliçalar burada yaşayıb. Sarayda doğulub vəfat edən yeganə kral VII Edvard olub. 1841-ci ildə Bukinqem sarayında anadan olub və 1910-cu ildə sarayda vəfat edib.
6. MON-SEN-MİŞEL - “Mont Saint Michel” monastırı 17-ci əsrdə Fransa İnqilabı zamanı insanların dini inancı zəiflədiyi üçün həbsxanaya çevrilib. Həbsxananın adı “Bastille des Mers”, (Dəniz qalası) olub.
7. TREVİ FƏVVARƏSİ - Memar Nikola Salvi tərəfindən dizayn edilib. Papa XII Clemens çox bəyəndiyi üçün dövlət büdcəsi hesabına tikilib.
8. PANTEON- Qədim Romanın ən mühüm əsərlərindən biri olan Panteon heç vaxt bərpa olunmayıb və yerində qalıb. Binanın sağlam qalmasının ən mühüm səbəblərindən biri də o dövrdə istifadə olunan materiallar, alimlərin və memarların işlərinə əhəmiyyət vermələridir.
9. MÜQƏDDƏS AİLƏ KİLSƏSİ- “La Sagrada Familia”nın tikintisi 19-cu əsrdə başlayıb və indi də davam edir. İspaniyanın ən sevimli simvollarından biri olan binanın hazırda 8 qülləsi var. Lakin Antoni Qaudi bu iş üçün 18 qüllə hazırlayıb və hər qüllə parçası xristianlığın bir hissəsini təmsil edəcək. 12 həvariləri, 4 İncil müəlliflərini, sonuncu ikisi isə Məryəm və İsanı təmsil edəcək.
10. LUVR MUZEYİ - Luvr muzeyindəki əsərlərin hamısına baxmaq üçün 100 gün lazımdır. O da əgər hər bir əsərə 30 saniyə baxırsınızsa.
11. TİTUS KƏMƏRİ - Yəhudilərə məşhur Roma abidəsi olan Titus tağının altından keçmək qadağan idi. Bu qadağa 20-ci əsrin yarısına qədər davam edib. Titus kəməri Roma İmperiyasının Yəhudeyadakı yəhudilər üzərində böyük qələbəsini təmsil edir. Bu səbəbdən də Romada yaşayan yəhudilər bu kəməri özlərinə təhqir kimi qiymətləndirib. 1997-ci ildə İtaliya hökuməti qanunun absurd olduğunu anlayıb və qadağanı ləğv edib.
12. EYFEL QÜLLƏSİ - Eyfel qülləsinin üst mərtəbəsində bir mənzil var. Dizayneri Qustav Eyfel bu mənzili icarəyə götürməyə icazə verməyib. Onu yalnız imtiyazlı insanlar görə bilib. Tomas Edison da onlardan biri olub.
Aynur
BakuPost