Ru
22:24 / 15 Noyabr 2025

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi

Dünyada ilk robot stüardessa sınaqdan keçirildi
Eye

Rusiyanın “Pobeda” aviaşirkəti dünyada ilk dəfə olaraq robot stüardessanı sınaq uçuşunda sınayıb.

Bakupost.az xəbər verir ki, Moskva-Ulyanovsk reysi sərnişinləri uçuş öncəsi “Volodya” adlı robot stüardessa ilə qarşılanıb.

Sınaq mərhələsində olan “Volodya” sərnişinlərin böyük marağına səbəb olub. Robot stüardessa sərnişinlərin bilet yoxlamasını həyata keçirdikdən sonra uçuşdan əvvəlki təhlükəsizlik qaydalarını izah edib.

Aviaşirkət bildirib ki, bu, “Volodya”nın dünyada ilk sınaq uçuşudur. Nəticələr qiymətləndirildikdən sonra robot stüardessanın digər reyslərdə də istifadəsi planlaşdırılır. Sərnişinlər “Volodya” ilə şəkil çəkdirərək bu texnoloji yeniliyi yaddaqalan anlara çeviriblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar