Ru
16:50 / 03 İyun 2019

Dövlət qurumu adından Almaniyada iş elanı yayıldı – 2500 AVRO MAAŞ

Dövlət qurumu adından Almaniyada iş elanı yayıldı –  2500 AVRO MAAŞ
Eye


 

Sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğuluq Xidmətinin adından bir iş elan yayılıb. 

 

Bakupost.az-ın məlumatına görə, elanda bildirilir ki, DMX-nın hazırladığı yeni proqramla bir neçə ixtisas üzrə Almaniyaya işçi göndərilməsi nəzərdə tutulub. 



Elanda deyilir ki, proqramla tibb bacısı, tibb qardaşı, çilingər və İT mütəxəssisləri Almaniyaya işləməyə göndəriləcək: "6 ay Bakıda sizə Alman dili və eyni zamanda seçdiyiniz ixtisas üzrə dərslər veriləcək. 6 ayın sonunda sertifikat imtahanı verəcəksiniz və sertifikat aldığınız halda Almaniyaya göndəriləcəksiniz. Oxumağınız üçün hər ay 1200 avro, həm oxuyub, həm işləsəniz, 2400 avro, ailəli olan şəxslər ailəsiylə getsə, 2 qat maaş alacaq. Burda tədris zamanı 180 AZN təqaüd verilməsi də düşünülür”. 

 

Elanda maraqlanan şəxslərin bu - [email protected] – CV-lərini göndərməsi qeyd olunur. 

 

Bakupost.az bu elanın doğru olub-olmadığını dəqiqləşdirmək üçün DMX ilə əlaqə saxlayıb. Xidmətin rəis müavini Cəmaləddin Quliyev Bakupost.az-a açıqlamasında bildirib ki, hazırda onların belə bir proqramı yoxdur: "Bizim hazırda belə bir proqramımız yoxdur. Ancaq belə bir məsələnin üzərində iş gedir. Ola bilsin, yaxın aylarda bununla bağlı məlumat yayaq. Bu, elə bir məsələdir ki, Almaniya ilə dövlətlərarası yazışmalar və razılıq olmalıdır. Ona görə də proqramın həyata keçirilməsi ləngiyir. Hazırda isə Dövlət Məşğulluq Xidməti belə bir proqramla CV qəbul etmir”.

C.Quliyev onu da deyib ki, sosial şəbəkələrdə yayılan elanlardan xəbərsizdirlər və məsələ ilə bağlı araşdırma aparacaqlar.



Şərhlər
  • Orxan Tagiyev

    Mən maşın temiriylə məşğulam maşın təmir edə bilikrem

  • Vusal Nuriyev

    Mebel fabrikasinda islemisem Turkiyede 9 il Azerbaycandada metro tikintisindede islemisem 8 il is stajim var

  • Qarayusifli Ramil

    Salam adım ramilfi ne ish olur olsun ishdiyerem ishe ehtiyacim var paketdenme fehle ishi +994773254867

  • Anar Cəbiyev

    sürücü işləyə bilerəm BC katiqoriyam var 070.509.23.23

  • Rusdaam Hüseyinov

    Salam Almanya da iş axtarıram 0513226585

  • Qarayev royal

    Mən plastik qapi pəncərə usdasiyam və qaravağ vetiraniyam 3il axrana işləmişəm

  • Röyal Qiyasov

    Müxtəlif növ iş bacariqlarim var Yanğın siqnalizasiya sistemlərini ve sayır. Zəhmət olmasa məlumat verərdiz. Əlaqə 070 831 30 02

  • Bəxtiyar Mustafazadə

    Mən tikintidə dəmirçiyəm usdayam iş lazımdır 055_357_82_47

  • Vuqar

    Salam Almaniyada tikti sahesinde is laxizimdi xais edirem komek edesiz +994553321868 is stajim 15 il yasim 37

  • Musfiq Ceferov

    Salam 5 il stajim var mebelde Ev remontu edirem 3 il stajim var pol vururam aboy vururam insAllah komeklik edersiz Aleliyem : 050 7932828

  • Guluzar Eliyeva

    Sirniyyatci ve Ingilis dili muellimesiyem . 051-232-26-15

  • Guluzar Eliyeva

    Almaniyada islemek isteyirem. Eczaçiyam. 050-425-18-15

  • Maksun Məmmədov

    Salam Almaniyada Motorsit işləmək istəyirəm hər bir Avtomobillərə baxıram

  • Ceferov bedir

    Salam men reng sazam mebel moyacisiyam 34 yasim var 12 stajim ise cox ehtiyacim var xayis edirem menide nezere alardiz elaqe nomrem 099 949 55 00

  • Bedir ceferov

    Salam men reng sazam mebel boyacisiyam 34 yasim var 12 il stajim var ise cox ehtiyacim var mumkundurse menide nezere alardiniz elaqe nomrem 099 949 55 00

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar