Ru
13:47 / 26 Fevral 2026

“Efirdə ancaq şoumen, müğənni görürsən” – 9 il əvvəlki sözləri gündəm oldu – VİDEO

“Efirdə ancaq şoumen, müğənni görürsən” – 9 il əvvəlki sözləri gündəm oldu – VİDEO
Eye

Son günlər Azərbaycan televiziyalarında bir çox tok-şounun bağlanması söz-söhbətləri ölkə ictimaiyyətində geniş müzakirə olunur.

Bakupost.az xəbər verir ki, bu hadisələrlə bağlı keçmiş KVN-çi, aktyor Bəhram Bağırzadənin 2017-ci ildə ARB kanalının “V element” verilişində televiziyalarımızla ilə bağlı sözləri yenidən gündəmə gəlib.

“Ümumiyyətlə, bu verilişdə mən çox danışıram və müəyyən yerlər var ki, efirə getməyəcək, ona mən əminəm. Heç bir televiziya məndən inciməsin. Bizim kanallara baxanda elə təsəvvür yaranır ki, sanki Azərbaycanda alim yoxdur. Elmlə məşğul olan insanlarımız, rəssamımız, memarımız və digər peşə sahiblərimiz yoxdur. Efirə baxsan, ancaq şoumen, müğənnilər görürsən. Mən bir dəfə də görməmişəm ki, ki, o boyda nailiyyətləri olan Sakit (xalq rəssamı Sakit Məmmədov nəzərdə tutulur – C.) müəllimi verilişə dəvət etsinlər, yaxud başqa bir məşhuru...”

Bəhram Bağırzadə bildirib ki, görməmişəm ki, bir alimi və ya professoru dəvət etsinlər: “Əziz Mustafazadə Bakıya gəlir, onu dəvət edin kanallara danışsın, bir güclü mesajı olsun tamaşaçıya ki, bunu mən hiss edim. Bilirsiniz muğamı mən sevirəm. Amma əgər biz muğamı seviriksə və dünyanın təbliğ eləmək istəyiriksə, o demək deyil ki, bütün kanallarda 24 saatın 18-ni muğam getməlidir. İkincisi, səhəri gözü açılmamış bu xanəndələrə yazığınız gəlsin. Xanım müğənnini saat səkkizdə niyə canlı oxutdursunuz”.

Aktyor bildirib ki, səhərlər demək olar bütün kanallarda həkimlər verilişə çıxarılır və xəstəliklərdən danışılır. “Baxanda halsız oluram. İnsanlar işə başlayarkən onların beyinlərinə xərçəng və başqa xəstəliyi salırlar. Gün yeni başlayanda tamaşaçının əhval-ruhiyyələrini korlayırlar”.



Mehin, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar