Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 124-ə çatıb.
Bakupost.az-ın "Reuters"ə istinadən məlumatına görə, bu barədə Əfqanıstanın Qızıl Aypara humanitar təşkilatı məlumat yayıb.
Təbii fəlakət nəticəsində ən azı 3 251 nəfər xəsarət alıb, 8 mindən çox ev dağılıb.
Xatırladaq ki, avqustun 31-də gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.
Taliban hökuməti ölənlərin sayının 4 min nəfər, BMT isə 1,5 min nəfər ola biləcəyini hesab edir.
***
Əfqanıstanda zəlzələ nəticəsində həlak olanların sayı 900 nəfərə yüksəlib, 3000-dən çox insan xəsarət alıb.
Bakupost.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Taliban beynəlxalq yardım çağırışı edib.
Dağıntıların altından axtarış hələ tamamlanmayıb, bu səbəbdən rəqəmlərin artacağı gözlənilir. Xeyli insan hələ də palçıq və daşdan tikilmiş, dik dərələrdə yerləşən evlərin dağıntıları altında qalıb. Dağlıq ərazilərin çətin keçilməsi və əlverişsiz hava şəraiti səbəbilə xilasetmə qrupları uzaq bölgələrə çata bilmir.
Aysel,
BakuPost