Ru
12:59 / 21 Fevral 2026

Əjdər Cəfərova yüksək VƏZİFƏ verildi

Əjdər Cəfərova yüksək VƏZİFƏ verildi
Eye

Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə yeni təyinat olub.

Bakupost.az Trend-ə istinadla xəbər verir ki, Federasiyanın yeni baş katibi Əjdər Cəfərov təyin edilib.

Daha öncə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edən Cəfərov Əjdər Xosrov oğlu idman funksioneri kimi zəngin karyeraya malikdir.

Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

2012-ci ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə, 2015-ci ildə Prezidentin Fəxri diplomu ilə təltif edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar