Ru
13:00 / 21 Fevral 2026

Faciədən saniyələr əvvəl... - VİDEO

Faciədən saniyələr əvvəl... -  VİDEO
Eye

Xidmət zamanı avtomobil vuran Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüləri yayılıb.

Bakupost.az xəbər verir ki, FHN-in əməliyyat videosundan da məlum olur ki, Ələt–Astara magistral yolundakı yanğın yerinə cəlb edilən yanğınsöndürənlər yük avtomobilini söndürməyə çalışırlar. Bu zaman maşın ətrafında qatı tüstü müşahidə edilir.

Bir neçə dəqiqə sonra isə yoldan keçən minik avtomobili həmin FHN əməkdaşlarını vurub. Qəza məhz bu görüntülərin çəkilişi zamanı qeydə alınıb. Həssas görüntülər olduğu üçün qəza anı yayımlanmayıb.

Xatırladaq ki, hadisə nəticəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 42 yaşlı Piriyev Hakim Şahlar oğlu vəfat edib. Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 37 yaşlı Tağıyev Elşən İnsanağa oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar