Tanınmış media eksperti, Toplum Tv-nin təsisçisi Ələsgər Məmmədli bu gün səhər saatlarında saxlanılıb.
Bakupost.az xəbər verir ki, Sosial şəbəkələrdə yayılan videodan görünür ki, o öz maşınına yaxınlaşanda mülki geyimli şəxslər tərəfindən tutularaq başqa maşına mindirilib və naməlum istiqamətə aparılıb.
Məlumata görə, Ələsgər Məmmədli saxlanıldıqdan sonra onun yaşadığı mənzildə axtarış aparılıb. Məlumata görə, axtarış zamanı mənzildən 60 min avro pul tapılıb. Ailə üzvləri pulun onlara məxsus olmadığını, əməliyyatçılar tərəfindən qoyulduğunu deyirlər.
***
Ələsgər Məmmədli şübhəli şəxs qismində saxlanıldı. Bu barədə vəkil Aqil Layıc bildirib.
«Qaçaqmalçılıqda ittiham edilir. Səhhətində ciddi problemlər -boğazında, düz bağırsağında və prostatında əməliyyət zərurəti tələb edən şişlər var. Bu gün biopsiya üçün həkimə gedərkən saxlanılıb», - vəkil qeyd edib.