11:11 / 25 Avqust 2021

Əli Həsənov təhdid olunduğunu deyir - Gizli çəkilən foto və erotik videolar… - YENİLƏNİB

49858

Mətnə video əlavə olunub.


***

17:43


Prezidentin sabiq köməkçisi Əli Həsənov təhdid olunduğunu, şantaj edildiyini deyir.


Bakupost.az xəbər verir ki, bununla bağlı məlumatı Ə.Həsənov Tvitter hesabında paylaşıb. 


Bildirib ki, o, gizli çəkilən fotosu ilə şantaj edilir:

“Dünəndən nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır”.

Qeyd edək ki, Əli Həsənov 1995-ci ildən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə rəhbərlik edib. 2015-ci ildə şöbə müdiri vəzifəsini saxlamaqla, həm də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin olunub. 2019-cu ilin noyabrında vəzifədən azad edilib.






Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Sadiqov Elnur

    Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş rəhbəri Əli Həsənovun dövlətin media layihələrindən müxtəlif maxinasiyalarla külli miqdarda vəsaiti mənimsədiyi barədə xəbərlər bir iqtisadçi kimi mənim də diqqətimi cəlb etdi.. Hazırda məhkəmə müstəvisində olan "KİVDF işi"-ndə bu barədə məlumatlar verilib.. Bu pullarin reallaşdirilmasinda hansi iqtisadi qurumlar iştirak edib. Bu necə ola bilər?Maraqlidir ki dövlət budcəsindən ayrilan vəsait biznes qrumlarina necə daxil olub və həmin vəsaitin istifadəsi uzrə hesabat necə qəbul edilib.Cəmiyyətimizdə məmurlarin dövlət budcəsinin vəsaitlərinə bu cur munasibətini qəbul etmək olmaz.

  • Abdullayev Şahin Əvəzağa

    Əli Həsənov səndə çox adam şərləmisən Rauf Arifoğlunu A Həsrəti Vüqarı digərlərini cağir köməyə Polisə yerləşdirdiyin qohum əqrəban hardadır görəsən Deyirlər vaxtiilə kuşkanın dəmir olcəni olmusan Gəlmiziniz Bakıya adam olmusunuz Gözünüz ayağınızın altın görmürdü

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər