Ru
15:05 / 16 Oktyabr 2019

Əli Kərimli mitinqi "28 May"da keçirəcəklərini açıqladı - Təşkilatçılar polisə çağrıldı

Əli Kərimli mitinqi "28 May"da keçirəcəklərini açıqladı -  Təşkilatçılar polisə çağrıldı
Eye

Bakı Şəhər İcra Hakmiyyəti Milli Şuranın 19 oktyabra təyin etdiyi mitinqlə bağlı razılıq verib.

BŞİH-dan Bakupost.az-a verilən məlumata görə, müraciətə baxılıb və və mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin Milli Şuranın Kordinasiya şurasının üzvü, AXCP sədri Əli Kərimli sosial şəbəkədə bildirib ki, mitinqi "28 May" metrosunun qarşısında keçirəcəklər.

Milli Şuranın oktyabrın 19-a təyin etdiyi mitinqlə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə Bakupost.az-a Tofiq Yaqublu məlumat verib.

O bildirib ki, BŞBPİ-dən onlara zəng edərək sabah səhər saat 11-ə idarəyə dəvət ediblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar