Ru
17:20 / 14 Yanvar 2024

Elvin Basqallı və ailəsi qəzaya düşdü - Yenilənib-VİDEO

Elvin Basqallı və ailəsi qəzaya düşdü -  Yenilənib-VİDEO
Eye

Məşhur aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.


Manset.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir rayonunda aparıcının özünə məxsus olan maşın buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə aşıb.

Qəza zamanı Elvin Basqallı ilə yanaşı, oğlu, anası və qardaşı da avtomobildə olub.

Əlavə məlumat veriləcək.


***

Tanınmış aparıcı Elvin Basqallı qəza ilə bağlı rəsmi feysbuk hesabında paylaşım edib:

“Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram”.


***

Bu gün jurnalist Elvin Basqallı qəzaya düşüb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

“Bu gün Bakı-Qazax magistralının Kürdəmirdən keçən 196-cı kilometrliyində üzü Bakı istiqamətində hərəkət edən Elvin Vahid oğlu Basqallının idarə etdiyi “Hyundai Santafe” markalı 77 GT 210 nömrə nişanlı avtomobil sürüşərək yolun kənarına aşıb. Hadisə vaxtı avtomobildə sürücü Elvin Basqallı, qardaşı Nicat, anası və övladı olub. Onlardan xəsarət alan olmayıb”.




Şərhlər
  • Hüseynov Mərdan.

    Elvin,şükür Allaha ki,salamatlıqdır.Maşın düzələndir,təki maşında olanların burnu qanaması.Allah sizi qorusun xata bəladan.Amin.İsmayıllı..

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar