Ru
11:06 / 03 Yanvar 2026

Elvin Məmmədovun yeni iş yeri bəlli oldu

Elvin Məmmədovun yeni iş yeri bəlli oldu
Eye

Noyabrda Birinci Liqa təmsilçisi “Səbail”in baş məşqçisi postundan ayrılaraq “Qəbələ“nin U-17 komandasının sükanı arxasına keçən Elvin Məmmədov yenidən iş yerini dəyişib.

Bakupost.az Fanat.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis “Neftçi” klubu ilə anlaşıb.

O, paytaxt təmsilçisinin U-17 komandasına baş məşqçi təyin olunub. 37 yaşlı mütəxəssis bu günlərdə U-21-ə köməkçi-məşqçi kimi yollanan Rəşad Hüseynovun gedişindən sonra boş qalan posta gətirilib.

Qeyd edək ki, “Neftçi”nin U-17 komandası AFFA-nın keçirdiyi müvafiq liqada hazırda 2-ci yerdə qərarlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar