Ru
09:35 / 26 Sentyabr 2025

Əməliyyatdan sonra bədəni çürüyür - VİDEO

Əməliyyatdan sonra bədəni çürüyür - VİDEO
Eye

Liposaksiya əməliyyatı olunan 36 yaşlı qadın bədəninin çürüdüyünü iddia edir.

Bakupost.az məlumatına görə, bu barədə “Xəzər” TV-yə danışan şikayətçi bildirib ki, əməliyyatı “Uğur-777” estetik klinikasında həkim Firuzə Əliyeva icra edib.

Cəmalə Rüstəmova iddia edir ki, vəziyyəti ağırlaşdığından o, “Uğur-777” estetik klinikasının rəhbəri Xəyalə İsmayılovaya müraciət edib. Xəyalə İsmayılova ona yenidən əməliyyat olunmasını tövsiyə edib. Bu dəfə isə əməliyyat daha ağır fəsadla nəticələnib.

Liposaksiya əməliyyatından sonra piy toxumasının əriməsi, qarın əzələsinin ciddi zədələnməsi, piy qatlarının parçalanması diaqnozu qoyulan qadın hazırda çarəsiz vəziyyətdə olduğunu bildirib.

Xəyalə İsmayılova isə qeyd edib ki, Cəmalə Rüstəmovanın şikayəti ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Baş Prokukorluqdan verilən məlumata görə, qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurulması faktı üzrə cinayət işinin araşdırılması davam etdirilir.

Daha ətraflı videomaterialda:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar