Ru
09:59 / 26 Sentyabr 2025

O da futbolu tərk edir

O da futbolu tərk edir
Eye

"Barselona"nın sabiq futbolçusu, "İnter Mayami" klubunun yarımmüdafiəçisi cari MLS mövsümünün sonunda karyerasını başa vuracaq.


Bakupost.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi qərarını verib və peşəkar futbolu tərk edəcək.

MLS-də normal mövsüm oktyabr 18-də, pley-offlar isə dekabrın 6-da başa çatacaq.

S. Buskets peşəkar karyerasında cəmi 2 klubda çıxış edib - "Barselona" və "İnter Mayami".

O, "blauqrana"nın heyətində 722 oyuna çıxıb və 32 kubok qazanıb. Buskets katalon klubunun tarixində Messi və Xavidən sonra ən çox oyuna çıxan 3-cü futbolçudur.

İspaniya yığması ilə isə həm dünya, həm də avropa çempionu olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar