Ru
09:00 / 26 Sentyabr 2025

Pakistanda PUBG oyununa görə bütün ailəsini öldürən yeniyetmə 100 il həbs cəzası aldı

Pakistanda PUBG oyununa görə bütün ailəsini öldürən yeniyetmə 100 il həbs cəzası aldı
Eye

Pakistanda məhkəmə 17 yaşlı Zeyn Əlini anasını, qardaşını və iki bacısını öldürməyə görə 100 il həbs cəzasına məhkum edib.


Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, cinayət yeniyetmənin onlayn PUBG oyununa olan asılılığı ilə bağlı keçirdiyi sinir sistemi pozğunluğu nəticəsində baş verib.

Faciə zamanı Əlinin cəmi 14 yaşı var idi. O, yaşadığı Lahorda vaxtının çox hissəsini otağına qapanaraq keçirirdi və oyun asılılığı ilə bağlı anası tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdi.

Qətl günü isə o, oyunda hədəfə çata bilmədiyinə görə və anasından məzəmmət aldıqdan sonra özünə nəzarəti itirib.

Anasının silahını götürən Əli otağa daxil olaraq atəş açıb. Onun anası (45 yaş), böyük qardaşı (20 yaş) və bacıları (15 və 10 yaşında) hadisə yerində ölüblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar