Ru
07:00 / 28 İyun 2026

Emin Ağalarovdan mənzil istədim - Maqomedov

Emin Ağalarovdan mənzil istədim - Maqomedov
Eye

Birinci raund çox çətin idi. Düşünürdüm ki, rəqib qalib gəlmək üçün məni öldürə bilər. Amma buna imkan vermək istəmirdim.


Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirində braziliyalı Mişel Pereyranı məğlub edən rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedov döyüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı döyüşçü rəqibinin güclü olduğunu bildirib:

"Məni şok edən onun zərbələri idi. Ondan qorxulu nəsə ola bilməzdi".

O, “Sea Breez”də ev istədiyini söyləyib:

"Döyüşdən sonra Emin Ağalarovdan “Sea Breez”də mənzil açarı istədim. Təbii ki, bu, zarafat idi. Amma istəyərdim mənim də orda evim olsun".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar