Cizgi film və animasiyalar uşaqdan-böyüyə hər kəsin maraqla izlədiyi proqramlardır. Uşaqlar cizgi filmlərlə böyüyür, ondan təcrübələr qazanır. Böyüklər uşaqlıq xatirələrini, sevdiyi personajları yada salır. Cizgi filmlər reallıq və fantastika haqqında təsəvvür formalaşdırır. Yaradıcılığın inkişafına təsir göstərir.
Zaman keçdikcə bəzi cizgi filmlər unudulsa da, hələ də pupulyarlığını qoruyub saxlayan cizgi film və animasiyalar var.
Şrek
2001-ci ildə yayımlanıb. İlk və ikinci filmi olduqca uğurlu alınıb. Üçüncü və dördüncü filmlər isə getdikcə zəifləyib. Ədalətli şahzadəyə (Kameron Diaz) aşiq olan bir divin (Mayk Mayerz) hekayəsidir.
Mulan
1998-ci ildə yayımlanıb. Yüksək keyfiyyətli döyüşlər və bəzən yumoristik məqamları olan təsiredici animasiyadır. Disneyin 36-cı klassik qısametrajlı cizgi filmidir. Mulan adlı qəhrəman qızın mənşəyi Çin əfsanəsindən götürülüb. Orijinal əfsanədə olduğu kimi cizgi filmində ailəsinin qürurunu qurtarmaq məqsədiylə, tanınmış bir döyüş qazisi olan atasının yerinə kişi cildinə girir. 2004-cü ildə Mulan 2 cizgi filmi çəkilib.
Buz dövrü
2022-ci ildə yayımlanıb. Eramızdan 20 min il əvvəl canlılar Buz dövrünün yaxınlaşması ilə əlaqədar cənuba köç edirlər. Lakin köç edən canlılardan fərqli olaraq Mamont Manfred və tənbəl Sid köç etmir. Bu müddətdə pələng dəstəsi insanların yaşadığı yerə hücum edir. Bu zaman körpəsi olan ana onlara yem olmamaq üçün buradan qaçır. Qaçmazdan əvvəl körpəni Mamont və tənbəl Sidə verir. Bu səbəbdən onlar körpəni geri qaytarmaq üçün uzun müddət səyahət etməyə məcbur olurlar. Bu müddətdə isə körpəni əldə etmək üçün pələng dəstəsinin başçısı bu işi Diyeqoya tapşırır…
Miki Maus
Bu cizgi filmi ilk dəfə 1928-ci ildə yayımlanıb. Uolt Disney tərəfindən istehsal edilib. Hələ də bir çox uşağın sevimlisidir.
Tom və Cerri
Bu iki personaj arasındakı rəqabət məşhur pişik və siçan təqibinə gətirib çıxarır. Ən çox izlənən cizgi filmlərdəndir. Bir çox digər cizgi filmlərə də təsir edib. Serialdan əlavə bir neçə filmi də ekranlara çıxıb.
Simpsonlar
Bu serial əslində televiziyada böyüklər üçün nəzərdə tutulmuş ilk cizgi filmdir. Baş qəhrəman Homer Simpson daima çıxılmaz vəziyyətlərə düşür. Müasir həyat sərgilənir. Açıq aspektlər nümayiş etdirilir.
Skubi Du
Bir çoxları sirləri həll edən bu gənc detektivlər qrupunu seyr edərək böyüyüb. “Scooby Doo” hər zaman qorxur, amma taleyi ona üstünlük qazandırırdı. Bu qrup hər dəfə çətin vəziyyətlərə düşsələr də, ağılları ilə məsələni həll edirdilər. Ən yaxşı dostu olan Shaggy, hətta bu adla tanınan məşhur Caribbean Dancehall ulduzuna təsir edib.
Minyonlar
2015-ci ildə ekranlara çıxıb. 2022-ci ildə ikinci filmi çəkilib. Şəhər kənarının ən baxımsız və eybəcər evində yaşayan Qru kiçik qulları ilə dünyanın taleyini dəyişmək üçün plan qurur. Qru Yerin peyki olan Ayı oğurlamağa qərar verir. Üç balaca yetim, Marqo, Edit və Aqnes bu pis adamla qarşılaşdıqda, heç kimin görmədiyi bir detalı dərk edirlər: Qru onlar üçün potensial ata ola bilər.
Maşınlar
2006-cı ildə yayımlanıb. McQueen uğur üçün şərtlənmiş bir yarış avtomobilidir. Yarışa yola düşdüyü gecə təsadüfən başqa bir qəsəbəyə düşür. Şimşək McQuenn Radiator Springs qəsəbəsinin qeyri-adi personajları ilə tanış olmaq şansı qazanır.
Madaqaskar
2005-ci ildə istehsal olunmuş animasiyadır. Nyu-York zooparkında yaşayan Şir Aleks, zebra Marti, zürafə Melman və begemot Qloriya Martinin ad günü tortunu üfürərkən tutduğu arzunun qurbanına çevrilirlər. Marti doğma Afrikanın təbiətinə düşmək istəyir. Maraqlı dostlar zooparkdan qaçmağa qərar verir. Fırıldaqçı pinqvinlər təxribat edib gəmini batırdıqdan sonra Aleks, Marti, Melman və Qloriya vəhşi təbiəti olan Madaqaskar adasına düşürlər.
Daş dövrü
1960-1966-cı illərdə ekranlara çıxıb. Bu, Daş dövrü dövründə evli bir kişinin həyatını təsvir edən sevimli ailə cizgi filmidir. Avtomobillər ayaqla idarə olunur. Bütün mövzu yaradıcılıq nümayiş etdirir. Fred Flintstone baş qəhrəman və çox məşhur bir personajdır.
Aynur
BakuPost