Ru
08:50 / 14 Oktyabr 2022

Ən romantik 5 bürc

Ən romantik 5 bürc
Eye

Əl-ələ tutmaq, sevdiyiniz adamın gözlərinin içinə baxmaq və ya heç gözləmədiyi anda partnyorunuzu təəccübləndirmək romantizm adlandırıla bilər. Romantika münasibətləri gücləndirir və bir-birinizə sevginizi göstərməyə kömək edir. Bəzi insanlar romantik olmağı sevməsə də, bəziləri romantikanın dəyərini bilə-bilə sevgilərini elan etməkdən çəkinmirlər.


Astrologiyada romantik təbiəti ilə diqqət çəkən bürclər var.


Bakupost.az həmin bürcləri təqdim edir:


1- Qoç




Qoç bürcləri həyatlarında olan insanlara çox əhəmiyyət verirlər. Münasibətlərində həmişə tərəfdaşını əlində saxlamağa çalışır. Sevgisini göstərməyi, onunla vaxt keçirməyi sevirlər. Bu, onu qarşı tərəfə daha çox bağlayır.
Qoç bürcü sevdiyi insan üçün sürprizlər etməyi sevər. Qoç bürcü ilə romantik münasibət qura bilərsiniz.


2- Xərçəng



Xərçənglər münasibətlərində son dərəcə fədakardırlar. Xərçəngin ürəyi çox həssasdır və sevgiyə əhəmiyyət verir.
Xərçəng bürcü romantik münasibətləri çox sevir. O, çölə çıxmağı və partnyorları ilə vaxt keçirməyi sevir. Ondan heç vaxt sıxılmaz, həmişə gələcək planlarına daxil edər.

3- Şir



Şirlər partnyorunun özünü xüsusi hiss etməsi üçün əllərindən gələni edirlər. Onlar romantik münasibətləri çox sevirlər. Partnyorlarını buludların üstündə hiss etdirmək üçün çox çalışırlar.
Şirlər partnyoru ilə alış-veriş etməyi və ona bahalı hədiyyələr almağı sevirlər. Əl-ələ tutmaq və kiçik öpüşlər sevgiyə inamı artırır.

4- Tərəzi bürcü

Tərəzilər münasibətlərində çox romantikdirlər. O, hər an yoldaşının yanında olmağa çalışır.
Tərəzilər həyatındakı insanı xoşbəxt etmək üçün çox çalışırlar. Münasibətlərində çox fədakar ola bilərlər.
Özündən daha çox qarşı tərəfin istəkləri ilə maraqlanır. Tərəzilər münasibətlərini gücləndirmək üçün sevdiklərinin ətrafında pərvanə ola bilərlər.


5- Balıqlar




Balıqlar münasibətlərində çox həssas, emosional və romantikdirlər, həyatındakı insanı xoşbəxt etmək üçün mübarizə aparır. Ən ehtiraslı sevgililər balıq bürcündən ola bilər.

Balıq bürcü həmişə tərəfdaşlarına sevgi və diqqətini göstərir. Onu həyatının mərkəzində saxlayır. Onun üçün ilk növbədə sevdiyi şəxsin xoşbəxtliyi gəlir. Balıq bürcü ilə yuxu kimi münasibət qura bilərsiniz.

Buğa, Əkizlər, Qız, Əqrəb, Oxatan, Oğlaq və Dolça partnyorunun qarşısında hisslərini ifadə etməkdə çox utancaqdırlar. Onlar öz hisslərini ictimaiyyət qarşısında ifadə etməyi təsəvvür edə bilmirlər.


Aygün
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar