Bakıda keçirilən IV Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsi çərçivəsində Azərbaycana səfər edən AK Parti sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Ankara millət vəkili Kürşad Zorlu Azərbaycan-Türkiyə Evində millət vəkili Tənzilə Rüstəmxanlı ilə görüşüb.
Bakupost az xəbər verir ki, səmimi və dostluq ab-havasında keçən görüşdə Tənzilə Rüstəmxanlı Kürşad Zorluya bu dəyərli ziyarətə və Türk dünyasına göstərdiyi diqqətə görə təşəkkür edib.
Görüş Azərbaycan-Türkiyə qardaşlığının, eləcə də Türk dünyası birliyi istiqamətində davam edən əlaqələrin növbəti nümunəsi kimi dəyərləndirilib.