Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Çində İran prezidenti Məsud Pezeşkian ilə səmimi söhbəti diqqət çəkib.
Bakupost.az xəbər verir ki, bununla bağlı görüntülər Teleqram kanallarında paylaşılıb.
Ərdoğan Pezeşkian ilə əl-ələ tutaraq onunla söhbət edib. İran prezidenti onun tezliklə Tehrana rəsmi səfər edəcəyinə ümid etdiyini bildirib. Liderlər görüş zamanı türkcə danışıblar.
"Mehr" agentliyinin məlumatına görə, İran prezidenti qeyd edib ki, Tehran Bakı ilə İrəvan arasında regionda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş razılaşmaları dəstəkləyir. Eyni zamanda o vurğulayıb ki, Tehran Qafqazda istənilən xarici hərbi mövcudluğa qarşıdır və bunu sülh üçün təhlükə hesab edir.
Türkiyə prezidenti isə Ankaranın sülhü möhkəmləndirmək üçün Azərbaycan və Ermənistanla davamlı məsləhətləşmələr apardığını bildirib.
Lalə,BakuPost