Ru
12:31 / 05 Dekabr 2025

Erməni arxiyepiskop həbs olundu

Erməni arxiyepiskop həbs olundu
Eye

Ermənistan məhkəməsi dünən polis tərəfindən saxlanılan Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bakupost.az Ermənistan mediasına istinadən xəbər verir ki, hakim istintaqın bununla bağlı vəsatətini təmin edib.

Vəkili Arsen Babayanın sözlərinə görə, arxiyepiskop 2018-ci ildə Katolikos II Qareginə qarşı keçirilmiş aksiyanın iştirakçılarından birinin çantasına narkotik vasitələr atmaqla bağlı tapşırıq verməkdə ittiham olunur. Bildirilir ki, Xaçatryan bunu etirazçıları nüfuzdan salmaq məqsədilə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar