Ru
17:55 / 05 Sentyabr 2025

Ermənilər Azərbaycanla sülh istəyirlər? - Sorğunun nəticələri açıqlandı

Ermənilər Azərbaycanla sülh istəyirlər? - Sorğunun nəticələri açıqlandı
Eye

Ermənistan vətəndaşlarının əksəriyyəti avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli bəyannamə ilə bağlı mənfi fikirdədir.

Bakupost.az xəbər verir ki, bunu “GALLUP İnternational” təşkilatının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan avqustun 25-dən 30-dək 1101 nəfər arasında keçirdiyi sorğunun nəticələrini təqdim edərkən deyib.

Sorğunun nəticələrinə görə, respondentlərin 22,8%-i bəyannaməni “tamamilə müsbət”, 19,3%-i isə “kifayət qədər müsbət” qiymətləndirib.

Eyni zamanda, 13,6% "kifayət qədər mənfi", 34% isə "tamamilə mənfi" deyib. Digər 7 faiz cavab verməkdə çətinlik çəkib, 3 faizdən çoxu sənədin mövcudluğundan xəbərsiz olduğunu etiraf edib.

“Sorğuda iştirak edənlərin demək olar ki, yarısı – təxminən 47%-i bəyannamənin imzalanmasını mənfi qiymətləndirib, lakin respondentlərin 40%-ə yaxını bunu kifayət qədər müsbət qiymətləndirib”, – Navasardyan qeyd edib.

Sorğuda həmçinin Sünik rayonundan Azərbaycana yolun mümkün təminatı ilə bağlı sual da daxil edilib. Respondentlərin 17,4%-i bu ideyanı tamamilə müsbət, digər 18,1%-i isə “kifayət qədər müsbət” kimi qiymətləndirib. Eyni zamanda, 11,3% "kifayət qədər mənfi", 47,6% isə "tamamilə mənfi" hesab edib.

Beləliklə, respondentlərin 60%-dən çoxu bu təşəbbüsə mənfi münasibət bəsləyir", - Navasardyan qeyd edib.

İştirakçılara həmçinin Vaşinqton razılaşması nəticəsində regionda uzunmüddətli sülhün bərqərar olmasının perspektivləri barədə də sual verilib. Demək olar ki, 39% dinc ssenariyə ümid etdiyini bildirib (15,8% - "mütləq bəli", 22,8% - "daha çox bəli"). Lakin əksəriyyət - təxminən 55% - bu nikbinliyi bölüşmür (13,5% - "yox", 41,6% - "qətiyyən yox").

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar