Ru
10:41 / 30 Sentyabr 2023

Ermənilər İsveçdəki səfirliyimizin qarşısında mitinq keçirəcəklər - Siyahı

3794
Oktyabrın 1-də İsveçdə yaşayan ermənilər Azərbaycan səfirliyi qarşısında mitinq keçirəcəklər.






Bu barədə məlumatı Bakupost -a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev verib.

E.Mirzəyev bildirib ki, hazırda Qarabağdan İsveçə erməni köçü sürətlənib:

"İsveç hökuməti onlara 1,5 milyon dollar yardım ayırıb. Eyni zamanda qaçqın kimi sığınacaq verməkdə davam edir. Qarabağ ermənilərinin qarşılanmasında və yerləşdirilməsində İsveçdə yaşayan daşnaklar fəallıq nümayiş etdirir".

E.Mirzəyev bildirib ki, Fondda və Konqresdə təmsil olunan azərbaycanlılar ermənilərin keçirəcəyi mitinq və aqressiyaları ilə bağlı İsveç polisinə müraciət edib:

"Biz prosesi yalnız sakit şəkildə muşahidə etmək məcburiyyətindəyik".

Emil Mirzəyev bildirib ki, İsveçdə yaşayan erməniləri iki qrupa bölmək olar: "Bir hissəsi ümumiyyətlə prosesə qarışmır, digər qismi isə daşnaklardır. Daşnaklar daha fəaldır və prosesi onlar edir".

Dünyada ən böyük erməni kilsəsinin İsveçdə - Stokholmda olduğunu qeyd edən E.Mirzəyev prosesin elə bu kilsədən idarə olunduğu qənaətindədir:

"Müşahidələrimizə görə hazırda həmin kilsəyə çoxlu sayda adam girib - çıxır, müraciət yayırlar. Bir sözlə burdakı ermənilər sabahkı mitinqə güclü hazırlaşır".

Qeyd edək ki, ermənilər təkcə Stokholmda deyil, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan səfirlikləri qarşısında mitinq keçirəcək.

Həmin ölkələrin siyahısını təqdim edirik:



Şərhlər
  • B.Cəfəri

    Fars şahlığı Türkiyədən qənimət islami Qafqazın cənubunu (orta Azərbaycan ilini) 18ci əsrdə(1713-1796) Çarlığa təslim edib? Tarixə elə həmin 18ci əsrdə anti-katolik(xoruzluq) iddiasına görə kilsə edamından Türkiyəyə qaçıb, Urmiyada qriqorian sektası xaçla (1713-1796) şimala köç edib. Çarlıq həmin köçgünləri *erməni*qruplaşması adlandırıb, Eçmiadzin qəsəbəsində *müvəqqəti ibadət ocağı*na icazə verib!? Daşnaqlar və bir çox erməni *inqlabçıları* sahibkarları, qeyri-erməni sosial-demokratları(bolşevikləri) kütləvi məhv-qarət cinayətlərinə görə nəinki, *Müvəqqəti* və *İnqlab* hökumətlərdə yüksəı vəzifələr almışdılar? Əksinə, 1917-1924cü illərdə müxtəlif qruplaşma, dəstələrlə Peterburqdan yeni Rusiyanı, SSRİnı tərk etməli olmuşlar? Bizim də adekvat-hüquqmünasibətimiz tam ədalətli olardı? Azərbaycanın Baş prinsipial şərtin ödənməsi-Deport və *Miatsum!* etnik soyqırım terrorçularının təhvil-təslimi ilə ətaf ermənilərin hər birinin Azərbaycanda qalması və Sülh müqaviləsi mümkündür! Digər halda ermənilərin əski grekorianlar kimi İrana qayıtması, ya *sivil* geniş-yeni Avropa erməni mərkəzlərinə köçmələri daha münasib deyilmi? Yoxsa, hər il boyu azərbaycanlıların 200-500-1000 nəfərini hərbi atəşlərlə belə məhv etməklə azı 50 il lazıımdı? Gerçək tarix də təsdiq edir! İrandan 18ci əəsrdə Rusiya kilsələrinə köç edən qrikorian-ermənilərə əski ən az türk yaşayan İrəvan xanlığını Ermənistan bəyan edəndə yerli türk-azərilər həmin 29 min kv km ərazinin əhalisinin 83%ni təşkil edirdi. *Sivil* və *müqəddəs*sə Kilsələr öncə buradakı ermənilərdən sorğulasınlar-ilkin 83% türklərə hansı münasibəti göstərmisiniz? Daha vacibi isə rəsmi Azərbaycanın hər qarşılıqlı dialoqa kəskinliklə bu şərti münasibəti masaya qoyub, imzalatdırmsı daimi zərurət kimi qabarır!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər