Ru
19:32 / 27 İyul 2025

Ermənistan 1400-ə yaxın TIR-ı Rusiya sərhədində qaldı

Ermənistan 1400-ə yaxın TIR-ı Rusiya sərhədində qaldı
Eye

Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində təxminən 1400 Ermənistan qeydiyyatlı yük maşını keçid üçün növbə gözləyir.

Bakupost.az xəbər verir ki, müxtəlif ölkələrdən 3512 yük maşını ümumi növbədə qeydiyyatdadır ki, onlardan 1387-si Ermənistandandır.

Tıxacın yaranmasına səbəb Rusiyadan Gürcüstan və Ermənistan istiqamətində turist axınının kəskin artması olub. Bəzi günlərdə sərhəddə gözləmə müddəti 8 saata qədər çəkir. Tıxac Gürcüstanın “Daryal” keçid məntəqəsindən də əvvəl başlayır.

Xatırladaq ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə fəaliyyət göstərən quru marşrutu olaraq qalır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar