İbrahim Tatlısəsin qızı Dilan Çıtak Bodrumda avtomobillə hərəkətdə olarkən polisin “saxla” əmrinə tabe olmayıb.
Bakupost.az xəbər verir ki, Dilan avtomobili polislərin üzərinə sürüb.
Məlumata görə, Dilan yolda hərəkət təhlükəsizliyini pozub və polis saxlayaraq ondan sürücülük vəsiqəsini istəyib.
Çıtak qaçmağa çalışarkən avtomobilini polisin üzərinə sürüb. Daha sonra polis havaya atəş açaraq onu saxlayıb.
Hadisə yerinə çox sayda polis cəlb edilib. Bir müddət sonra avtomobildən düşən Dilan Çıtak polisin müşayiəti ilə polis bölməsinə aparılıb.
Görüntüləri təqdim edirik: