Ermənistanın keçmiş əmək və sosial məsələlər naziri, həmçinin ölkənin ABŞ-də hazırkı səfiri Narek Mkrtçyanın qardaşı Mkrtç Mkrtçyan narkotik saxlamaqda şübhəli bilinərək Parakarda saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Polis Mkrtçyanla dostunun içində olduğu avtomobili saxlayıb. Dostu polisi görən kimi dərhal qaçıb, Mkrtçın çantasında isə narkotik və silah aşkarlandığı üçün saxlanılıb.
Məsələ ilə bağlı hələlik rəsmi qurumlardan şərh gəlməyib.