Ru
20:13 / 17 Aprel 2026

Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri qadağan olundu

Ermənistanda keşişlərin həbsxanaları ziyarət etmələri qadağan olundu
Eye

Ermənistan Ədliyyə Nazirliyi din xadimlərinə cəzaçəkmə müəssisələrini ziyarət etməyi qadağan edib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Apostol Kilsəsinin ruhani mərkəzi olan Eçmiədzin məlumat yayıb.

"Bu qərarla Ermənistan Apostol Kilsəsinin cəzaçəkmə müəssisələrindəki ruhani xidməti dayandırılıb", - deyə bəyanatda bildirilir.

Daha əvvəl Ermənistan parlamenti kilsənin torpaq sahələrini ödənişsiz mülkiyyətə götürmək hüququndan məhrum edilməsi ilə bağlı düzəliş qəbul etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar