Ru
09:20 / 12 Avqust 2025

Ermənistanda nazirin müşaviri həbs edildi

Ermənistanda nazirin müşaviri həbs edildi
Eye

Ermənistan müdafiə naziri Suren Papikyanın müşaviri Arşak Orduxanyan həbs edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Bu şəxs barəsində Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (cinayətkar dəstə yaratmaq və ya ona rəhbərlik) və 257-ci maddənin 3-cü hissəsinin 1 və 3-cü bəndləri (cinayətkar dəstə tərəfindən külli miqdarda mənimsəmə) əsasında cinayət işi başlanıb”, - məlumatda bildirilib.

A.Orduxanyanın daha bir cinayət işi ilə üz-üzə olduğu və işin artıq məhkəməyə göndərildiyi qeyd edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar