Ru
18:00 / 20 May 2019

“Eurovision”un qalibi dəyişdirilə bilər - VİDEO

1888
64-cü "Eurovision” müsabiqəsinin qalibi dəyişdirilə bilər.


Bakupost Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Niderland təmsilçisi Dunkan Lorensin yarışmanın əsas qaydasını pozmasıdır.


Belə ki, müğənninin ifa etdiyi "Arcade” mahnının sırf "Eurovision” üçün bəstələnmədiyi və 2017-ci ildə "Youtube” video portalında yayımlandığı ortaya çıxıb.


Hazırda Avropa Yayım Birliyi məsələni araşdırır. Əgər Dunkanın qalibiyyəti ləğv edilsə, İtaliya təmsilçisi Mahmud "Soldi” mahnısı ilə yarışmanın qalibi elan ediləcək.


Qeyd edək ki, ölkəmizi təmsil edən Çingiz Mustafayev müsabiqədə 7-ci yeri tutub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər