Ru
17:19 / 17 Fevral 2026

Ev dəyərində evlilik təklifi - Parisdəki qiymətlər 100 min avroya qalxıb

Ev dəyərində evlilik təklifi - Parisdəki qiymətlər 100 min avroya qalxıb
Eye

Fransa paytaxtı Paris indi yalnız romantik şəhər olmaqla kifayətlənmir, həm də böyük bir evlilik təklifi sənayesinin mərkəzinə çevrilib.

Bakupost.az xəbər verir ki, dünyanın dörd bir yanından gələn cütlüklər Parisə axın edərkən bəzi təşkilatların təqdim etdiyi paketlərin qiyməti 100 000 Avroya qədər çatır. Sosial mediada paylaşılmış evlilik təklifi videolarının milyonlarla izləyiciyə çatması son illərdə bu xidmətlərə olan tələbi kəskin artırıb. Beləliklə, Paris artıq romantikliyin simvolu olmaqla yanaşı, qlobal evlilik təklifi mərkəzi kimi tanınır.

Əvvəllər sadəcə iki şəxsin anı olan evlilik təklifi indi peşəkar təşkilat şirkətləri tərəfindən xüsusi tədbirə çevrilib. Parisdə fəaliyyət göstərən şirkətlər cütlüklərə Eyfel Qülləsi mənzərəsində xüsusi təklif, Sena çayı üzərində qayıq turları, peşəkar foto və video çəkilişi, canlı musiqi və skripka ifaçıları ilə səhnə dekorasiyası və lüks hotel və villa rezervasiyaları təklif edirlər. Tədbir tamamilə fərdi hazırlanır və təklif anına qədər maksimum gizlilik təmin olunur.

Parisdə evlilik təklifi paketlərinin qiymətləri geniş diapazonda dəyişir. Giriş səviyyəsi paketlər təxminən 590 Avrodan başlayır, standart təkliflər 1 500 – 2 000 avro civarında dəyişir. Ən lüks VIP paketlər isə 10 000 – 100 000 Avroya qədər yüksəlir. Ən bahalı paketlərdə xüsusi qayıq turları, saray tipli hotellərdə qalmaq və tam fərdi ssenari hazırlanması daxildir.

Sektör nümayəndələrinin bildirdiyinə görə, 2015-ci ildən bəri Parisdə evlilik təklifi xidmətlərinə olan tələbat iki dəfə artıb. Xüsusilə ABŞ, Orta Şərq və Asiyadan gələn turistlər bu xidmətlərə böyük maraq göstərir. Sevgililər Günü ərəfəsində isə təşkilat şirkətlərinin bütün qrafikləri dolu olur. Eyfel Qülləsi ətrafı, Sena çayı sahili və Parisin lüks otelləri bu unudulmaz anlara ev sahibliyi edir.

Mehin, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar