Ru
11:54 / 24 İyul 2025

"Eybəcərlər sirkinin iyrənci..." - Teleaparıcını təhqir etdi

"Eybəcərlər sirkinin iyrənci..." - Teleaparıcını təhqir etdi
Eye

Ermənistan parlamentinin sədri Alen Simonyan erməni jurnalist Marqarita Simonyanı “eybəcərlər sirkinin iyrənc varlığı” adlandırıb.


Bakupost.az xəbər verir ki, o, Marqaritanın insanları Ermənistan hakimiyyətini devirməyə çağırdığını bildirib.

“Bu gün Rusiyada fəaliyyət göstərən, eybəcərlər sirkinin daha bir iyrənc varlığı var ki, daim ölkəmizin suveren işlərinə burnunu soxur. Özünün erməni köklərinə istinad edir, amma soyadı “YAN” ilə bitməkdən başqa onun nə Ermənistanla, nə də erməni xalqı ilə heç bir ortaq nöqtəsi yoxdur.

Bu adam durmadan media məkanında peyda olur, Ermənistan rəhbərliyini təhqir edir, ölkəmizdə mitinqə çağırır, hakimiyyəti devirməyə səsləyir. Həm yalan yayır, həm də ölkəyə və insanlara hədə-qorxu gəlir. Fikrimcə, artıq başa düşdünüz ki, söhbət Simonyandan gedir. O, bu gün də, məsələn, növbəti yalanı yayaraq, mövcud olmayan müəlliflərə, tanınmayan qəzetə və olmayan sənədə istinad edir.

Ümumiyyətlə, elə təəssürat yaranır ki, adıçəkilən sirkdə artıq bir olimpiada başlayıb:

Daha yalançı
Daha iyrənc
Daha alçaq

Və Simonyan növbəti qızıl medala iddalıdır.


Yaxında ölkəmizdə seçkilər keçiriləcək və bizə qarşı çirkin hücumlar, aqressiv qarayaxmalar hər keçən gün artacaq. Amma axırda bu ağız bir dəfəlik və əbədi olaraq bağlanacaq”, - Alen Simonyan vurğulayıb.


Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar