Ru
17:33 / 26 Dekabr 2025

FHN-in polkovnik-leytenantı iş yerində vəfat etdi - FOTO

FHN-in polkovnik-leytenantı iş yerində vəfat etdi - FOTO
Eye

Bu gün Bakıda Fövqəladə Hallar Nazirliyinin zabiti qəfil vəfat edib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Regional Mərkəzinin Növbətçi Hissəsinin rəisi polkovnik-leytenant Rəşad Namiq oğlu Həsənovun səhhəti iş yerində qəfil pisləşib. O, dərhal mərkəzin tibb məntəqəsinə çatdırılsa da, vəfat edib.

18 ildir FHN-də xidmət edən R.Həsənovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna aparılıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar