Ru
17:11 / 26 Dekabr 2025

Tacir meyxanaçı Vüqara: Niyə danışırsan, düşün də!

Tacir meyxanaçı Vüqara: Niyə danışırsan, düşün də!
Eye

"Meyxanaçıların sənəti bədahətəndir, əvvəlcədən əzbərlənmir. Vüqar 30 illik dostumdur, amma efirdə ağzına gələni danışır. Niyə danışırsan? Düşün də! Məni verilişlərin birində "baltalayıb". Mən oxuyanam. Savadlı şairlərin şeirlərinə müraciət edirəm. Mən şair deyiləm".

Bakupost.az pravda-ya istinadla xəbər verir ki, bunu Tacir Şahmalıoğlu "Rəngarəng" verilişində deyib.

Müğənni meyxanaçı Vüqar Əbdülovu onun haqqında səsləndirdiyi fikirlərə görə tənqid edib:

"50 illik yaradıcılığımda oxuduğum mahnıların 80 faizi öz bəstələrimdir, 60 faizi isə öz sözlərimdir. Amma mən özümü şair adlandırmıram. Bununla belə, mahnılarıma düzəliş edirəm. Bunlardan xəbərin olmaya-olmaya çıxıb efirdə deyirsən ki, onun-bunun şeirini oxuyursan. Nə var ki, bunda? Bunları öz aramızda de, çıxıb 10 milyon insanın qarşısında səsləndirmə".

Qeyd edək ki, mübahisənin yaranmasına səbəb Vüqarın “Tarixin bir günü” verilişində T.Şahmalıoğlu haqqında "Sən ancaq kiminsə sözlərini oxumusan. Əminə Şirin isə özü yazır" deməsi olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar