Ru
17:10 / 26 Dekabr 2025

“Sülh planı 90 faiz razılaşdılıb, amma...” – Zelenski

“Sülh planı 90 faiz razılaşdılıb, amma...” – Zelenski
Eye

Rusiya ilə müharibənin başa çatdırılması üçün hazırlanan 20 maddəlik sülh planın 90%-i razılaşdırılıb.

Bakupost.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin əsas hədəfi plan üzrə 100% razılığa nail olmaqdır.

Zelenski qeyd edib ki, sülh planı çərçivəsində bir neçə sənədin ilkin layihələri artıq hazırlanıb. Bununla belə, ən həssas məsələlərdən biri olan təhlükəsizlik zəmanətləri yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna bilər.

Ukrayna prezidenti bildirib ki, bu mövzuda ABŞ Prezidenti Donald Trampla birbaşa danışıqlar aparılması planlaşdırılır. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri sülh prosesinin əsas dayaqlarından biridir.

"Bu məsələdə liderlərin mövqeyi həlledici olacaq", – deyə Zelenski vurğulayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar