Ru
19:37 / 10 Sentyabr 2025

Fındıq da bu il bahalaşır: İstehsalçılar danışdı...

Fındıq da bu il bahalaşır: İstehsalçılar danışdı...
Eye

Qax rayonunun bir sıra kəndlərində əhalinin əsas dolanışıq mənbəyi fındıqçılıqdır.


Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, rayonun Turaclı kəndinin fındıq istehsalçıları bu il məhsuldarlığın ciddi şəkildə azaldığını bildirirlər.


Sakinlərin sözlərinə görə, mövsümdən böyük ümidləri olsa da, nəticə əvvəlki illərlə müqayisədə xeyli zəifdir:

"Bağımda 120 fındıq ağacı var. Əvvəllər 2 ton məhsul alırdım. İllərdir məhsuldarlıq azalır. 700 kiloqramdan 500-ə, sonra 430-a düşdü. Bu il isə güclə 300 kiloqram ola bilər. Qışın sərt, yazın isə ayazlı keçməsi məhsula ziyan vurdu".

Mütəxəssislər də bu azalmanın əsas səbəbi kimi iqlim dəyişikliklərini və hava şəraitinin qeyri-sabitliyini göstərirlər.

Mövzu ilə bağlı Aqrar Sığorta Fondundan verilən məlumata görə, təsərrüfat sahibləri hava şəraitindən doğan bu kimi risklərə qarşı fındıq bağlarını əvvəlcədən sığortalatdırmaqla, zərər çəkdikləri halda dövlət tərəfindən sığorta ödənişi ala bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar