Ru
18:27 / 20 May 2026

Fransa Qvianasının nümayəndəsi: Müstəmləkəçilikdən qalan bərabərsizliklər bu gün də özünü göstərir

Fransa Qvianasının nümayəndəsi: Müstəmləkəçilikdən qalan bərabərsizliklər bu gün də özünü göstərir
Eye

Müstəmləkəçilikdən qalan bərabərsizliklər bu gün də müxtəlif regionların inkişaf səviyyələrində özünü göstərir.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bunu WUF13 çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada rolu” mövzusunda beynəlxalq konfransda Fransa Qvianasından olan nümayəndə, “Kwakproduction” media təşkilatının rəhbəri Momo Marline Mylene deyib.

“Buna görə də praktik və real həll yolları tapmaq vacibdir. Kolonializm dövründə sərhədlər və idarəetmə sistemləri elə qurulmuşdu ki, bəzi bölgələr inkişaf etdirilir, digərləri isə kənarda qalır və yoxsullaşırdı. Qlobal miqyasda ədalətli inkişaf üçün xalqların hüquqlarını tanımaq, onların öz resurslarına sahib çıxmasını təmin etmək və xarici güclərin həddindən artıq təsirini azaltmaq lazımdır”, - o qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar