Ru
15:19 / 03 İyul 2026

Fransada rekord istilər: bir həftədə minlərlə ölüm qeydə alındı

Fransada rekord istilər: bir həftədə minlərlə ölüm qeydə alındı
Eye

Fransa hökuməti iyun ayında ölkəni təsiri altına alan güclü isti hava dalğası zamanı bir həftə ərzində 2000-dən çox ölüm hadisəsinin qeydə alındığını açıqlayıb. Bildirilir ki, bu göstərici əvvəlki illərin orta statistikası ilə müqayisədə xeyli yüksəkdir.

“Bakupost”un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, Fransanın səhiyyə naziri Stefani qeyd edib ki, 22–28 iyun tarixləri arasında isti hava dalğası səbəbindən əvvəlki illərin orta göstəricisindən əlavə olaraq 2025 ölüm hadisəsi qeydə alınıb.

Bundan əvvəl Fransa Səhiyyə Nazirliyi 24–28 iyun tarixləri arasında baş verən istilərlə əlaqədar təxminən 1000 əlavə ölüm hadisəsinin baş verdiyini açıqlamışdı. Lakin son məlumatlar vəziyyətin daha ciddi olduğunu ortaya qoyur.

Təxminən iki həftə davam edən isti hava dalğası ölkədə həyatın bir çox sahəsinə mənfi təsir göstərib. Nəqliyyat, səhiyyə, təhsil və istehsal sektorlarında ciddi çətinliklər yaşanıb. Xüsusilə paytaxt Parisdə vəziyyət daha ağır olub. Belə ki, 26 iyun tarixində yalnız bir gün ərzində isti hava səbəbindən 109 nəfərin həyatını itirdiyi bildirilib.

Mütəxəssislər yaxın günlərdə vəziyyətin daha da gərginləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Proqnozlara görə, gələn həftədən etibarən yeni isti hava dalğasının bütün ölkəni əhatə edəcəyi gözlənilir.

Bahar Babaşova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar