Ru
16:39 / 08 Sentyabr 2025

Fransada siyasi böhran: Partiyalar Makronun istefasını tələb edir

Fransada siyasi böhran: Partiyalar Makronun istefasını tələb edir
Eye

Fransadakı siyasi qeyri-sabitlik təkcə baş nazir Fransua Bayrunun hökumətinin istefasına deyil, həm də prezident Emmanuel Makronun vaxtından əvvəl vəzifəsini tərk etməsinə səbəb ola bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Nəşrin məlumatına görə, son 20 ayda Fransada artıq dörd baş nazir dəyişib, beşincinin isə taleyi sual altındadır. Bu, 1958-ci ildə Beşinci Respublika yaradıldıqdan bəri görünməmiş siyasi böhrandan xəbər verir.

Bayrunun hökumətinə qarşı “Milli Birlik” və “Boyun əyməyən Fransa” partiyaları çıxış edir. Onlar Milli Məclisdə 577 yerdən 330-na sahibdirlər ki, bu da baş nazirə etimadsızlıq səsverməsi üçün kifayətdir.

"NYT" yazır ki, müxalifət yalnız Bayru ilə kifayətlənməyəcək. Radikal sol və sağ qüvvələr reytinqi 15 faizədək enmiş Makronun dərhal istefasına nail olmaq və erkən prezident seçkilərinə gedilməsini istəyirlər.

Bundan əvvəl “Boyun əyməyən Fransa”nın funksioneri Aurelien Taşe bildirib ki, partiya Makronun impiçmenti prosedurunu başlatmaq niyyətindədir. Onun sözlərinə görə, hazırkı prezidentin siyasəti ölkə vətəndaşlarının böyük əksəriyyəti tərəfindən dəstəklənmir.

Ayxan, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar