Ru
17:53 / 13 Noyabr 2025

Fransızlar Afrikaya axın edir – “Kral kimi yaşayırıq”

Fransızlar Afrikaya axın edir – “Kral kimi yaşayırıq”
Eye

Afrikadan Avropaya miqrant axının durmadan artdığı ərəfədə qəribədir ki, Fransadan da Afrikaya köç başlayıb. Həyat xərclərinin yüksəlməsi hər il minlərlə təqaüdçünü ölkəni tərk etməyə vadar edir. 62 yaşlı Natali və 64 yaşlı İv cütlüyü də belə qərar veriblər.

Bakupost.az xəbər verir ki, Fransanın “TF1” telekanalında yayımlanan “Yeddidən Səkkizə” (“Sept à Huit”) proqramına danışan təqaüdçülər Mərakeşə köçməyin həyatda verdikləri ən doğru qərar olduğunu bildiriblər.

Cütlük hər ay 2 min 800 avro pensiya alır. Natalinin sözlərinə görə, Fransada bu pulla dolanmaq çətindir, lakin Mərakeşdə rahat yaşayırlar:

“Biz ayda 8 min dirhəmə (təxminən 800 avro) geniş ev kirayə götürdük. Elektrik və su xərclərimiz ümumilikdə 100 avronu keçmir”.

Cütlük iki yataq otaqlı, salonlu və bağçası olan evdə yaşayır. Məlumatlara görə, onların yaşadığı şəhərdə təxminən 4 min fransız təqaüdçü məskunlaşıb. On il əvvəl bu rəqəm 3 dəfə az (1300) idi.

Atlantik sahilində yerləşən ölkə ili boyunca davam edən mülayim iqlimi, dənizə yaxınlığı və aşağı yaşam xərcləri ilə diqqət çəkir.

“Burada insanın içinə sakitlik dolur. Hava gözəldir, insanlar mehribandır, qiymətlər münasibdir. Fransadakı kimi hər xərci hesablamaq məcburiyyətində deyilik”.

Şəhərdə sosial həyatın canlı olması və səhiyyə xidmətlərinə asan çıxış da ölkəni cəlbedici edir.

Bununla belə, mütəxəssislər bölgədə iqlim böhranın olduğunu bildirirlər. Son illərdə artan istilər və uzunmüddətli quraqlıqlar ölkənin su ehtiyatlarına təzyiq göstərir. 2024-cü ildə bəzi bölgələrdə temperatur 50 dərəcəyə qədər yüksəlib.

Bütün bunlara baxmayaraq, Mərakeş fransız təqaüdçülər üçün hələ də cazibə mərkəzi sayılır. Aşağı xərclər, sakit mühit və günəşli hava – “yeni bir başlanğıc” axtaran minlərlə qocanı özünə cəlb edir.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar