Ru
09:30 / 03 Yanvar 2026

Gəncədə bitişik evlər yandı - FOTOLAR

Gəncədə bitişik evlər yandı - FOTOLAR
Eye

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində bir-birinə bitişik üç fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər yanğınsöndürmə bölmələrinin texnikası və şəxsi heyəti cəlb olunub.

Nəticədə iki ev yanıb, alov üçüncü evə keçib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar