Bu gün Azərbaycanda Gənclər günüdür.
BakiPost.az xəbər verir ki, 2 fevral gününün Gənclər
günü kimi elan olunması mərhum
prezident Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin
1997-ci ildə fevralın 2-də verdiyi sərəncamla bu gün Azərbaycanda Gənclər günü
elan olunub.
Bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən
intellektual, dünyagörüşlü yeni nəsil yetişib.
Azərbaycanda yaşı 14-dən 29-a qədər olan əhali
kateqoriyası gənc sayılır.
Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin
2,6 milyon nəfərini və ya 27,1 faizini gənclər təşkil edir.
Gənclərin 51,2 faizi şəhər yerlərində, 48,8 faizi isə
kənd yerlərində yaşayır. Gənclərin 48,8 faizini qadınlar təşkil edir.