Ru
09:00 / 14 Avqust 2025

Gənclər niyə həkim olmaq istəmir?

Gənclər niyə həkim olmaq istəmir?
Eye

Azərbaycanda tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin sayı azalır.

Bakupost.az. xəbər verir ki, bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, 2024-cü ildə tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən 1 354 mütəxəssis hazırlanıb.

2023-cü ildə bu rəqəm 1 444, 2022-ci ildə 1 695, 2021-ci ildə 1 543, 2020-ci ildə isə 1 487 nəfər olub.

2020-ci illə müqayisədə 2024-cü ildə müalicə işi üzrə hazırlanan mütəxəssislərin sayı 1 013-dən 961-ə düşüb.

Stomatologiya üzrə hazırlanan kadrların sayı isə 2020-ci illə müqayisədə 174-dən 96-a enib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar