Ru
14:24 / 25 Aprel 2026

Gənclərdə bağırsaq xərçənginin gözlənilməz səbəbi

Gənclərdə bağırsaq xərçənginin gözlənilməz səbəbi
Eye

Bioloq Xose Seoane bildirib ki, alaq otlarına qarşı istifadə olunan kimyəvi vasitə gənc yaşlarda bağırsaq xərçəngi riskini artıra bilər.


Bakupost.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə o, "Business Insider" nəşrinə danışıb.

Mütəxəssis 45 yaşdan aşağı insanlarda onkoloji xəstəliklərin artmasının səbəbini araşdırarkən bu qənaətə gəlib. O və həmkarları bağırsaq xərçənginin bədxassəli hüceyrələrində müəyyən risk faktorları ilə əlaqəli DNT izlərini tədqiq ediblər. Əksər halların siqaret, lif çatışmazlığı və piylənmə ilə bağlı olduğu müəyyən edilib.

Araşdırmada gözlənilməz tapıntı isə pikloram adlı herbisid olub.

“Pikloramı görəndə düşündük ki, bu, yəqin səhvdir”, — deyə Seoane bildirib. Lakin sonrakı müşahidələr bu maddəyə uzunmüddətli məruz qalmanın həqiqətən də risk faktorlarından biri ola biləcəyini göstərib.

Tədqiqatda iştirak etməyən onkoloji epidemioloq Rebekka Sigel isə qeyd edib ki, əldə olunan nəticələr herbisid istifadəsi ilə xərçəngin inkişafı arasında birbaşa əlaqəni sübut etmir. Onun sözlərinə görə, bu nəzəriyyəni təsdiqləmək üçün daha ətraflı araşdırmalara ehtiyac var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar