Ru
15:33 / 25 Aprel 2026

İntensiv yağış, dolu, bəzi yerlərə qar yağacaq - XƏBƏRDARLIQ

İntensiv yağış, dolu, bəzi yerlərə qar yağacaq -  XƏBƏRDARLIQ
Eye

Aprelin 27-də gündüzdən aprelin 28-də gündüzədək Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bakupost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar