Ru
17:21 / 25 Aprel 2026

İran ABŞ-yə xəbərdarlıq etdi - “Adekvat reaksiya verəcəyik”

İran ABŞ-yə xəbərdarlıq etdi - “Adekvat reaksiya verəcəyik”
Eye

İran ordusu ABŞ-nin tətbiq etdiyi dəniz blokadasına qarşı sərt bəyanat yayaraq, Hörmüz boğazı ətrafında hərbi qarşıdurma anonsu verib.


Bakupost.az xəbər verir ki, bu barədə “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı rəsmi məlumat yayıb.

Bəyanatda bildirilir ki, ABŞ-ın İrana qarşı dəniz blokadası davam edəcəyi təqdirdə, İran ordusu buna güclü və adekvat reaksiya verəcək.

Qərargah İranın Hörmüz boğazı üzərindəki nəzarətini qorumaqda qətiyyətli olduğunu vurğulayıb. Rəsmi Tehran ölkəyə qarşı istənilən yeni hücum və ya blokada cəhdinə hərbi yolla cavab verməyə tam hazır olduqlarını bəyan edib.

Xatırladaq ki, son günlər ABŞ və İran arasında diplomatik və hərbi gərginlik pik həddə çatıb. Vaşinqtonun İran limanlarına tətbiq etdiyi dəniz blokadası bölgədə neft nəqlini və qlobal ticarəti təhlükə altına qoyub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar